"Viktoriya"nın futbolçusu: "Qarabağ"ın müdafiəsində zəif yerlər var"

"Viktoriya"nın futbolçusu: "Qarabağ"ın müdafiəsində zəif yerlər var" "Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür".
Futbol
22 Avqust , 2022 19:16
Viktoriyanın futbolçusu: Qarabağın müdafiəsində zəif yerlər var

"Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür".

"Report"un məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının futbolçusu Lüdek Pernitsa Çexiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

32 yaşlı müdafiəçi bildirib ki, kapitan Lukaş Heydanın cəza səbəbindən oynamaması onlara problem yaradacaq: "Düşünürəm ki, o, oynasa belə, bizə çətin olacaq. Təbii ki, kapitanın yoxluğu daha ciddi itkidir. Amma inandığımız, onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi