Videotəkrar sisteminin təhcizatçısı “Mançester Yunayted”dən üzr istəyib

Videotəkrar sisteminin təhcizatçısı “Mançester Yunayted”dən üzr istəyib Bakı. 19 fevral. REPORT.AZ/ Futbolda videotəkrar sisteminin təhcizatçısı “Hawkeye” şirkəti İngiltərənin “Mançester Yunayted” klubundan üzr istəyib. 
Futbol
19 Fevral , 2018 10:38
Videotəkrar sisteminin təhcizatçısı “Mançester Yunayted”dən üzr istəyib

Bakı. 19 fevral. REPORT.AZ/ Futbolda videotəkrar sisteminin təhcizatçısı “Hawkeye” şirkəti İngiltərənin “Mançester Yunayted” klubundan üzr istəyib. 

"Report"un məlumatına görə, üzrxahlıq ölkə kubokunda “Haddersfild”lə 1/8 final oyunu zamanı baş vermiş insidentlə əlaqədar olub. 

“Hawkeye” tərəfindən “BT Sport”a təqdim olunan görüntüdəki texniki səhv yanlış qrafikə səbəb olub. Buna görə üzr istəyirik” deyə VAR rəhbərliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, sözügdən oyunda “Mançester Yunayted”in futbolçusu Xuan Matanın qaydalar çərçivəsində vurduğu qol ləğv olunub. Baş hakim meydanın kənarındakı monitorda görüntüyə baxdıqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar qəbul edib. Buna görüntüdəki yanlış qrafik səbəb olub. Lakin rəqibini 2:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” 1/4 finala vəsiqə qazanıblar. 

Son xəbərlər

Orphus sistemi