"Ermənilər terrorçudurlar. Onlar insan deyil, vəhşi heyvandırlar".
Bu fikirləri "Report"a açıqlamasında "Kəpəz" futbol klubunun məşqçisi Vidadi Rzayev Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması barədə danışarkən deyib.
Veteran hücumçu mülki əhalini hədəf seçən düşmənin hərəkətini vəhşilik adlandırıb: "Hamı bilir ki, şəhər döyüşlərin getdiyi bölgədən 60 km aralıdadır. Ermənilər isə bura raket atırlar. Buna başqa ad vermək olmur. Sadəcə, vəhşilikdir. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin".
Hadisə vaxtı Gəncədə olmadığını deyən 53 yaşlı mütəxəssis yerli sakinlərin şəhəri tərk etmədiyini söyləyib: "Hadisə gecə saatlarında baş verib. Amma gedib əraziyə baxmışıq. Böyük dağıntıya səbəb olub. Hamı üzüntü içərisindədir. Günahsız insanlar öldü. Amma heç kim şəhərdən getmək barədə düşünmür".
Rzayev düşmənin artilleriya zərbəsi nəticəsində Gəncə şəhər stadionuna da ziyan dəydiyini vurğulayıb: "VİP zonadakı pəncərələr sınıb. İnzibati binada qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb. Buna baxmayaraq, komandada əhval-ruhiyyə yüksəkdir. Biz də "Kəpəz" klubu olaraq, heç yerə çıxmamışıq. Gəncədə məşqimizi edirik. Hamımız Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq. Biz Vətən uğrunda canından keçən şəhidlərdən artıq deyilik".