Vaqner da Silva: "Qarabağ"ın uğurları Azərbaycanın ölçülərini böyüdür"

Vaqner da Silva: "Qarabağ"ın uğurları Azərbaycanın ölçülərini böyüdür" “Çox çətin vəziyyətdir, amma hökumət pandemiya ilə mübarizə üçün zəruri tədbirlər görür. Bu, Azərbaycanda eksklüziv bir şey deyil, hamı bu anı yaşayır. Virusla ən yaxşı şəkildə mübarizə aparmalıyıq”.
Futbol
24 İyun , 2020 09:17
Vaqner da Silva: Qarabağın uğurları Azərbaycanın ölçülərini böyüdür

“Çox çətin vəziyyətdir, amma hökumət pandemiya ilə mübarizə üçün zəruri tədbirlər görür. Bu, Azərbaycanda eksklüziv bir şey deyil, hamı bu anı yaşayır. Virusla ən yaxşı şəkildə mübarizə aparmalıyıq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasında pandemiyaya görə vaxtından əvvəl başa çatdırılan 2019/2020 mövsümündən sonra “Qarabağ”dan ayrılan braziliyalı futbolçu Vaqner da Silva ölkəsinin mətbuatına açıqlamasında deyib.

33 yaşlı qapıçı bildirib ki, Çempionlar Liqasının tənifat mərhələsinin oyunlarına vaxt qalmadığı üçün Ağdam klubu çempion elan olunub: “Ölkədə yeni karantin rejiminin tətbiqindən öncə məşqləri bərba etdik və futbol qayıtmaq üçün hazırlaşmağa başladıq. Klub bütün futbolçuları, əməkdaşlarını testdən keçirdi və yoluxma halı aşkarlanmadı. Amma yeni karantin rejiminin elan olunması planları dəyişdi”.

Da Silvanın sözlərinə görə, məcburi fasilədən sonra məşqlərə öyrəşmək asan olub: “Heç bir çətinlik çəkmədik. Komanda üzvləri arasında yoluxma halı aşkarlanmasa da, klub rəhbərliyi hökumətin tətbiq etdiyi qadağalara əməl olunması üçün bütün lazımı təhlükəsizlik tədbirlərini görmüşdü. Biz yenidən futbol oynamaq istəyirdik. Amma bu halda futbolun bərpasına ümid az idi”.

“Qarabağ”ın sürətlə böyüdüyünü və daim avrokuboklarda iştirak etdiyini xatırladan təcrübəli qolkiper bunun Azərbaycan kimi kiçik ölkənin ölçülərini böyütdüyünü söyləyib: “Avropa yarışlarında oynamaq hər zaman komandanı daha yüksək səviyyəyə qaldırır. Builki əsas hədəf əvvəlcə birinci təsnifat mərhələsini adlmaqdır”.

Sonda Vaqner ölkəsinə qayıtmaq istədiyini deyib: “Braziliyada təqvim çox sıxdır. Hesab edirəm ki, idmançıların təhlükəsiz dönüşü üçün yerli federasiya hər ştatla konsensus əldə etməlidir”.

Qeyd edək ki, "Qarabağ" Vaqner da Silva ilə yanaşı, Faysal Rerras və Ailton Silva ilə də yollarını ayırıb. Vaqner 2018-ci ildən Ağdam klubunda çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi