Van Persi azarkeşlərə dil çıxartdığına görə üç oyunluq cəzalandırılıb

Van Persi azarkeşlərə dil çıxartdığına görə üç oyunluq cəzalandırılıb O, 5 min avro məbləğində cərimə olunub
Futbol
10 Fevral , 2017 06:57
Van Persi azarkeşlərə dil çıxartdığına görə üç oyunluq cəzalandırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubunun hollandiyalı hücumçusu Robin van Persi Türkiyə Kubokunun "Beşiktaş"a qarşı keçirilən 1/8 final görüşündə (1:0) idmandan kənar davranışlarına görə üç oyunluq cəzalandırılıb.

"Report" "Football Oranje" nəşrinə istinadən xəbər verir ki, matçda vurulan yeganə qolun müəllifi rəqib klubun fanatlarına dil göstərib.

Holland futbolçu Türkiyə çempionatının qarşıda duran üç oyununu buraxacaq və 5 min avro məbləğində cərimə ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi