Ukraynalı tanınmış futbolçu "Zenit"dən ayrılıb

Ukraynalı tanınmış futbolçu "Zenit"dən ayrılıb Ukrayna millisinin futbolçusu Yaroslav Rakitski Rusiya "Zenit"indən ayrılıb.
Futbol
2 Mart , 2022 18:49
Ukraynalı tanınmış futbolçu Zenitdən ayrılıb

Ukrayna millisinin futbolçusu Yaroslav Rakitski Rusiya "Zenit"indən ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 33 yaşlı müdafiəçinin istəyilə müqaviləyə xitam verib.

Təcrübəli oyunçunun iki ölkə arasındakı müharibə səbəbindən ailə vəziyyəti ilə əlaqədar bu addımı atdığı bildirilib.

Qeyd edək ki, Yaroslav Rakitski 2019-cu ilin yanvarından "Zenit"də çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi