Ukraynada idman yarışları ləğv edilir
Futbol
- 23 fevral, 2022
- 17:52
Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət dövründə ölkədə bütün idman yarışlarını və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.
"Report"un "sport.ua" saytına istinadən məlumatına görə, müvafiq sərəncam gün ərzində veriləcək. Buna səbəb Ukrayna ilə Rusiya arasında mümkün müharibə təhlükəsidir.
Fövqəladə vəziyyət ən azı 30 gün qüvvədə olacaq. Ali Radanın bu gün prezident Vladimir Zelenskinin fərmanını ratifikasiya edəcəyi gözlənilir.
Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində ölkə ərazisində idman yarışları və təlim-məşq toplanışları olmayacaq. İddiaya görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.
Son xəbərlər
13:05
"Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq
Futbol12:47
Belçikada NATO hərbi qərargahının təcrübəçisi casusluq şübhəsi ilə saxlanılıb
Digər ölkələr12:46
Azərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb
Biznes12:39
Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır
İdman12:27
Azərbaycan 6 ayda Xorvatiyaya 276 min tondan çox neft ixrac edib
Energetika12:25
Tümen NEZ-in ərazisinə PUA düşüb
Digər ölkələr12:18
Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq
Ekologiya12:16
Rusiyanın Ukraynanın Sumı vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb
Digər ölkələr12:08