Ukrayna millisinin sabiq futbolçusu dələduzluqda ittiham olunur

Ukrayna millisinin sabiq futbolçusu dələduzluqda ittiham olunur Vladislav Vaşuk keçmiş komanda yoldaşının 50 min dollarını qaytarmır
Futbol
1249
27 Fevral , 2018 10:10
Ukrayna millisinin sabiq futbolçusu dələduzluqda ittiham olunur

Bakı. 27 fevral. REPORTAZ/ Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vladislav Vaşuka qarşı cinayət işi qaldırılıb.

"Report"un məlumatına görə, sabiq müdafiəçi dələduzluqda ittiham olunur. Ukrayna Futbolçularının Həmkarlar İttifaqının sədri Oleq Peçernı bildirib ki, Vaşuk keçmiş komanda yoldaşı Oleq Qusevdən 50 min dollar alsa da, qaytarmayıb: "Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, ona bütün əmlakı müsadirə olunmaqla, 6 ildən 12 ilədək iş düşür. Əminik ki, iş məhkəməyə gedəcək və dələduz layiqli cəzasını alacaq".

Qeyd edək ki, Vladislav Vaşuk və Oleq Qusev uzun müddət "Dinamo" və Ukrayna millisində komanda yoldaşı olublar. Futbolçu karyerasını 2011-ci ildə başa vuran Vaşuk Kiyev "Arsenal"ında idman direktoru kimi çalışıb. O, 9 gün əvvəl Kiyev Futbol Federasiyasının vitse-prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi