Ukrayna millisinə müvəqqəti baş məşqçi təyin olunub
Futbol
- 28 fevral, 2023
- 13:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın gənclər yığmasına rəhbərlik edən Ruslan Rotan əsas milliyə müvəqqəti baş məşqçi təyin olunub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Assosiasiya Sergey Rebrovla müqavilə imzalanana qədər komandanı 42 yaşlı mütəxəssisə həvalə edib. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubuna başçılıq edən Rebrov oradan ayrıldıqdan sonra millinin sükanı arxasına keçəcək. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulacaq.
Qeyd edək ki, Ukrayna millisinin əvvəlki baş məşqçisi Aleksander Petrakov 2023-cü ilin yanvarında istefa verib.
Son xəbərlər
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət