Ukrayna klubunun stadionu atəşə tutulub

Ukrayna klubunun stadionu atəşə tutulub Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu atəşə tutub.
Futbol
7 Mart , 2022 11:37
Ukrayna klubunun stadionu atəşə tutulub

Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu atəşə tutub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Çerniqovdakı arenanın tribunalarından birinin yuxarı hissəsi dağıdılıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. "Desna" 28 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi