UEFA "Zirə" və "Qəbələ"yə 50 min manat ödəyib

UEFA "Zirə" və "Qəbələ"yə 50 min manat ödəyib Bakı. 13 dekabr. REPORT.AZ/ Zirə və Qəbələ klubları UEFA-dan hərəyə 50 min manatadək vəsait əldə edib.
Futbol
13 Dekabr , 2018 12:13
UEFA Zirə və Qəbələyə 50 min manat ödəyib

Bakı. 13 dekabr. REPORT.AZ/ "Zirə" və "Qəbələ" klubları UEFA-dan hərəyə 50 min manatadək vəsait əldə edib. 

"Report"un xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytında bildirilir. Məlumatda deyilir: UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş aşağıdakı klublara ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə köçürülüb: "Zirə” - 25.010 avro, "Qəbələ” - 26.140 avro". 

Qeyd edək ki, 2017-2018 mövsümündə "Zirə" Avropa Liqasında II, "Qəbələ" isə III təsnifat mərhələsinədək irəliləyib. 

Son xəbərlər

Orphus sistemi