UEFA reytinqi: "Bavariya" liderliyə yüksəldi

UEFA reytinqi: "Bavariya" liderliyə yüksəldi Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklik olub.
Futbol
20 Avqust , 2020 22:37
UEFA reytinqi: Bavariya liderliyə yüksəldi

Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklik olub.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lion"unu 3:0 hesabı ilə məğlub edərək finala adlayan Almaniya təmsilçisi "Bavariya" sıralamada ilk pilləyə yüksəlib.

Hazırda Bundesliqa çempionu ilə İspaniya "Real Madrid"i eyni xala (134) sahib olsalar da, münhenlilər 2019/2020 mövsümündə avrokuboklarda 34, "kral klubu" isə 17 xal toplayıb. Bu səbəbdən almanlar liderliyi ələ keçirib.

Klubların UEFA reytinqindəki ilk "10-luğ"u

1. "Bavariya" (Almaniya) - 134 xal

2. "Real Madrid" (İspaniya) - 134 xal

3. "Barselona" (İspaniya) - 128 xal

4. "Atletiko" (İspaniya) - 127 xal

5. "Yuventus" (İtaliya) - 117 xal

6. "Mançester Siti" (İngiltərə) - 116 xal

7. PSJ (Fransa) - 113 xal

8. "Sevilya" (İspaniya) - 100 xal

9. "Mançester Yunayted" (İngiltərə) - 100 xal

10. "Liverpul" (İngiltərə) - 99 xal

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransanın PSJ klubu ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də Portuqaliyanın Lissabon şəhərindəki "Eştadiu da Luş" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi