UEFA Regionlar Kuboku: Azərbaycan klubu ilk oyununda böyük hesabla məğlub olub

Futbol
  • 28 iyun, 2024
  • 17:12
UEFA Regionlar Kuboku: Azərbaycan klubu ilk oyununda böyük hesabla məğlub olub

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” komandası ilkin mərhələnin B qrupunda ilk oyununa çıxıb.

"Report" xəbər verir ki, “Football School Bridge” (Gürcüstan) ilə qarşılaşan təmsilçimiz 0:5 hesabı ilə məğlub olub.

Komandamızın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma iyul ayının 1-də baş tutacaq.