UEFA "Qarabağ" - "Molde" matçına yerliləri təyin etdi
Futbol
- 14 sentyabr, 2020
- 09:07
UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün növbəti təyinatları açıqlayıb.
"Report" xəbər verir ki, Avropa futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.
Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Scran Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.
Son xəbərlər
10:59
Ötən il 510 obyektin istismarına mənfi rəy bildirilib
Hadisə10:59
Tokayev: Qazaxıstan superprezident idarəetmə forması ilə birdəfəlik vidalaşır
Region10:57
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
Region10:56
Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib
Fərdi10:43
Beyləqanda yeni doğulan körpə ölüb
Hadisə10:41
FHN: Ötən il 292 nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb
Hadisə10:39
Azərbaycanda yağış və qar yağır - FAKTİKİ HAVA
Ekologiya10:37
Foto
Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib
Energetika10:36