Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

Bu gün UEFA prezidenti seçkisi keçiriləcək Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.
Futbol
15064
7 Fevral , 2019 10:57
Bu gün UEFA prezidenti seçkisi keçiriləcək

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.

"Report"un məlumatına görə, toplantıda Avropa futbol qurumunun növbəti 4 il müddətinə prezidenti seçiləcək. Səsvermə alternativsiz olacaq. Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin bu posta vahid namizəddir. Onun namizədliyini UEFA-ya üzv olan bütün 55 milli asssosiasiya, o cümlədən, AFFA da dəstəkləyib. Bu səbəbdən, seçki formal əhəmiyyət kəsb edir.

Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək. Toplantıda AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcək.

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir

Son xəbərlər

Orphus sistemi