UEFA prezidenti: "İnsanların təhlükəsizliyini riskə atmayacağıq"

UEFA prezidenti: "İnsanların təhlükəsizliyini riskə atmayacağıq" "Futbolun çətin anlarda azarkeşlər olmadan davam edə biləcəyini göstərmək vacib olsa da, oyun bəzi xarakterlərini itirdi".
Futbol
25 Avqust , 2020 16:33
UEFA prezidenti: İnsanların təhlükəsizliyini riskə atmayacağıq
Aleksander Çeferin

"Futbolun çətin anlarda azarkeşlər olmadan davam edə biləcəyini göstərmək vacib olsa da, oyun bəzi xarakterlərini itirdi".

"Report"un məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında avrokubok matçlarının azarkeşsiz keçirilməsi barədə danışarkən deyib.

Sloveniyalı funksioner bildirib ki, fanatların stadionlara qayıdışına şahid olmaq üçün UEFA Super Kuboku uğrunda Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq matçdan pilot layihə kimi istifadə olunacaq: "Biz oyuna gələcək və iştirak edəcək insanların hamısının sağlamlıq tədbirlərini həyata keçirmək üçün Macarıstan Futbol Federasiyası və yerli hökumət ilə sıx işləyirik. İnsanların təhlükəsizliyini riskə atmayacağıq".

Qeyd edək ki, UEFA Super Kuboku uğrundakı matçı sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi