UEFA Polşa klubunu azarkeşlərə görə cərimələyib
Futbol
- 14 dekabr, 2023
- 06:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Polşanın "Legiya" klubunu 100000 avro cərimələyib.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna İngiltərədə "Aston Villa"ya qarşı Konfrans Liqasının qrup mərhələsinin oyununda baş verənlər səbəb olub.
"Legiya" fanatları həmin qarşılaşmada iğtişaşlar törədib, meydana əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Tərəfdarlar komandalarının səfərdəki növbəti 5 matçında da iştirak edə bilməyəcəklər. Bundan əlavə, Polşa klubu stadionda sınmış məhəccərlərin, işıq dirəyinin bərpası üçün "Aston Villa"ya ödəniş etməlidir.
Qeyd edək ki, qarşılaşma "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2026)
Maliyyə
09:00
Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək
Futbol
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.10.2026)
Maliyyə
08:58
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib
Xarici siyasət
08:51
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika