UEFA-nın yeni baş katibi təyin olunub

UEFA-nın yeni baş katibi təyin olunub Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib
Futbol
4 Mart , 2016 15:53
UEFA-nın yeni baş katibi təyin olunub

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsi qurumun yeni baş katibini təyin edib. "Report"un məlumatına görə, bu vəzifə müvəqqəti olaraq, Teodor Teodoridisə həvalə olunub.

T.Teodoridis 2008-ci ildən Avropa futbol qurumunda çalışır. O, yeni vəzifəyədək baş katibin müavini olub. UEFA-nın növbəti konqresi mayın 3-də keçiriləcək.

Qeyd edək ki, seçkilərin keçirilməsinə səbəb UEFA-nın sabiq baş katibi Canni İnfantinonun FİFA-ya prezident seçilməsidir. O, baş katib postunu bu gün rəsmən tərk edib. 

Son xəbərlər

Orphus sistemi