UEFA-nın baş katibi: "Azərbaycan AVRO-2020 təşkilatçılığının öhdəsindən layiqincə gələcək"

UEFA-nın baş katibi: "Azərbaycan AVRO-2020 təşkilatçılığının öhdəsindən layiqincə gələcək" "Bakının AVRO-2020-yə ev sahibi seçilməsi doğru addımdır"
Futbol
112
11 Mart , 2016 11:56
UEFA-nın baş katibi: Azərbaycan AVRO-2020 təşkilatçılığının öhdəsindən layiqincə gələcək

Bakı. 11 mart. REPORT.AZ/ "Bakının AVRO-2020-yə ev sahibi seçilməsi doğru addımdır". "Report"un məlumatına görə, bunu UEFA-nın baş katibi Teodor Teodoris AFFA-nın növbəti Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.

Azərbaycanda futbolun inkişafından söz açan baş katib klubların avrokuboklarda çıxışından danışıb: "Klubların avrokuboklardakı çıxışları yüksək qiymətləndirilir. Bu münasibətlə onları təbrik etmək istəyirəm. İstərdik ki, bu say daha da artsın. Zənnimcə, AVRO-2020-də Bakının ev sahibi seçilməsi doğru addımdır. Bu layiqli qələbədir. Bilirsiniz ki, bundan sonra çətinliklər başlayır. Ancaq sizin səriştəli əməkdaşlarınız var və bu işin öhdəsindən layiqincə gələcəksiniz. Üstəlik sizin bu idman yarışını həyata keçirmək üçün təcrübəniz var".

Son xəbərlər

Orphus sistemi