Bakı. 21 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi müəyyənləşib.
"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, yeni turnir 2020-ci ilin sentyabr ayında başlayacaq. Növbəti mövsümün püşkatma mərasimi isə 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.
Azərbaycan milli komandası yenə D Liqasında mübarizə aparacaq.
Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi
Qrup mərhələsi
I tur: 3-5 sentyabr 2020-ci il
II tur: 6-8 sentyabr 2020-ci il
III tur: 8-10 oktyabr 2020-ci il
IV tur: 11-13 oktyabr 2020-ci il
V tur: 12-14 noyabr 2020-ci il
VI tur: 15-17 noyabr 2020-ci il
Final mərhələsinin püşkü: Bəlli deyil
Final mərhələsi: İyun 2021-ci il
AVRO-2020-nin pley-off mərhələsinin püşkü: 22 noyabr 2019-cu il
AVRO-2020-nin pley-off mərhələsinin oyunları: 26-31 mart 2020-ci il