UEFA korrupsiyada ittiham olundu

UEFA korrupsiyada ittiham olundu "Lazımi əlaqələrə, ən yüksək siyasi dəstəyə malik olan və ya mühüm ölkələrdən gələn hakimlər oyunlara təyinat almağa davam edirlər"
Futbol
503
7 İyul , 2021 10:38
UEFA korrupsiyada ittiham olundu
Yunas Eriksson

İsveçli keçmiş referi Yunas Eriksson UEFA-nı nəhəng turnirlərin həlledici matçlarına hakim seçimində korrupsiyaya yol verməkdə ittiham edib.

"Report"un məlumatına görə, isveçli ədalət təmsilçisi seçim zamanı dostluq və milliyyətçiliyin də həlledici rol oynadığını bildirib.

Erikssonun fikrincə, bu, çirkin, siyasi və saxta addımdır: "Ən yaxşı nəticələri göstərən, ən yüksək reytinq toplayan və ya birinci yeri tutanlar heç də hər zaman etimad qazanmırlar. Bu dəfə turnirin ən yaxşı baş hakimi heç bir səhvi olmadan evinə göndərildi. Bu qərar UEFA-nın ali rəhbərliyi tərəfindən qəbul edilib və Avropa çempionatındakı nəticələrlə heç bir əlaqəsi yoxdur. Lazımi əlaqələrə, ən yüksək siyasi dəstəyə malik olan və ya mühüm ölkələrdən gələn hakimlər isə oyunlara təyinat almağa davam edirlər".

Qeyd edək ki, Avropa çempionatında ilk finalçı İtaliya olub. Digər finalçı bu gecə İngiltərə - Danimarka matçının nəticəsinə əsasən müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi