UEFA federasiyaların qarşısına şərt qoydu

Futbol
  • 23 aprel, 2020
  • 12:37
UEFA federasiyaların qarşısına şərt qoydu

"Hansısa milli çempionatı başa çatdırmaq mümkün olmasa, yerli federasiya turnir cədvəlindəki hazırkı sıralamaya əsasən, avrokuboklara vəsiqə qazanan komandaların siyahısını UEFA-ya təqdim etməlidir".

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bildirilib ki, milli assosiasiya sözügedən siyahını UEFA-ya təqdim etməsə, qurum həmin ölkə klublarının avrokuboklarda iştirakına qadağa qoya bilər.

Qeyd edək ki, hazırda Avropada Belarus çempionatından başqa, bütün liqalar koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınıb.

44 filmi