UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb
Futbol
- 13 iyun, 2023
- 10:20
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.
"Report"un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.
Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.
Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.
Son xəbərlər
15:27
İndoneziyada avtobusun avtosisternlə toqquşması nəticəsində 16 nəfər ölüb
Digər ölkələr15:26
Norveç PURL mexanizmi vasitəsilə Ukraynaya 174 milyon dollar ayıracaq
Digər ölkələr15:20
Azərbaycan bank sektoru möhkəmdir: "Yelo Bank" nümunəsində sabitlik siqnalı
Maliyyə15:20
Məhəmməd Əl-Casir: "IsDB indiyədək Azərbaycandakı layihələrə 1,8 milyard dollar ayırıb"
Maliyyə15:20
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
Futbol15:17
Bəzi yerlərə intensiv yağış, Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya15:10
AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik
Maliyyə15:05
Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq
Energetika14:59