UEFA Çempionlar Liqası: "Barselona" səfərdə, "Atletiko" "doğma divarlar" arasında geridönüş edib

UEFA Çempionlar Liqası: "Barselona" səfərdə, "Atletiko" "doğma divarlar" arasında geridönüş edib UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun ilk oyunları keçirilib.
Futbol
22 Yanvar , 2025 02:22
UEFA Çempionlar Liqası: Barselona səfərdə, Atletiko doğma divarlar arasında geridönüş edib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, gecənin ən dramatik qarşılaşmalarından biri Madriddə yerli "Atletiko" və Almaniyanın "Bayer 04" komandası arasında baş tutub.

Oyunun baş hakimi ikisi qırmızı olmaqla 7 vərəqə göstərib. Ev sahibləri 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, geridönüş etməyi bacarıblar - 2:1.

Digər matçda İspaniyanın "Barselona" komandası 1:3 hesabı ilə geridə olmağına rəğmən, əlavə dəqiqələrdə vurulan qol hesabına Portuqaliyanın "Benfika" komandasına qalib gəlib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
VII tur
21 yanvar

"Atalanta" (İtaliya) - "Şturm" (Avstriya) 5:0
"Monako" (Fransa) - "Aston Villa" (İngiltərə) 1:0

"Slovan" (Slovakiya) - "Ştutqart" (Almaniya) 1:3
"Brügge" (Belçika) - "Yuventus" (İtaliya) 0:0
"Atletiko" (İspaniya) - "Bayer 04" (Almaniya) 2:1
"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) 4:5
"Liverpul" (İngiltərə) - "Lill" (Fransa) 2:1
"Bolonya" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 2:1
"Srvena Zvezda" (Serbiya) - PSV (Niderland) 2:3

Qeyd edək ki, turun qalan görüşləri bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi