UEFA Azərbaycan Premyer Liqasının mini-turnir kimi davam etdirilməsinə razıdır

Futbol
  • 23 aprel, 2020
  • 12:16
UEFA Azərbaycan Premyer Liqasının mini-turnir kimi davam etdirilməsinə razıdır
Report

UEFA 2019/2020 mövsümünün başa çatdırılması üçün alternativ variantları nəzərdən keçirməyə hazırdır. 

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, qurum milli assosiasiyalardan mövsüm üçün planları təqdim etmələrini istəyib. 

Planların mayın 27-ə qədər verilməli olduğu bildirilib. Alternativ olaraq, UEFA assosiasiyaların mövsümü pley-off və ya mini-turnir şəklində bitirmə təklifini təsdiqləməyə hazırdır.