UEFA Avropa liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakıda keçirilən oyuna baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Prosesin rahat və daha tez olması məqsədilə Agentlik tərəfindən öncədən “ASAN Viza” sistemində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilib. Belə ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün
Hazırlıqlar ərəfəsində həmçinin
Eyni zamanda hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb.
UEFA Avropa Liqası finalı üçün ölkəmizə səfər edən əcnəbilərin elektron viza haqqında məlumatlandırılmalarını təmin etmək məqsədilə AFFA, UEFA, "Çelsi", "Arsenal" və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi ilə əməkdaşlıq aparılıb və bu istiqamətdə bir sıra işlər görülüb.
UEFA Avropa Liqasının Bakı finalında iştirak etmək üçün ”ASAN Viza“ sistemi vasitəsilə 117 fərqli ölkədən olan əcnəbi vətəndaşa viza verilib. Final oyunu üçün əldə edilən vizaların 42%-i son 10 gündə verilib.