UEFA Avropa çempionatlarından birini ləğv etdi

UEFA Avropa çempionatlarından birini ləğv etdi 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.
Futbol
20 Oktyabr , 2020 23:18
UEFA Avropa çempionatlarından birini ləğv etdi

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.

"Report"un məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Səbəb kimi Avropada hələ həll olunmayan epidemioloji situasiyada səfərlərlə bağlı çətinliklər göstərilib.

2019/2020 mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələrə verilməsini məqsədəuyğun sayıb. Bu səbəbdən, İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi