UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib
Futbol
- 09 oktyabr, 2022
- 01:45
UEFA Avropa çempionatında iştirak edəcək komandaların sayını 32-yə çatdırmaq ideyasından imtina edib.
“Report” xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri yazıb.
Məsələyə baxmaqdan imtinaya səbəb Avropa yayımçılarının 55 komandadan 32-nin çempionata getdiyi təsnifat mərhələsinin tamaşaçılar üçün maraqlı olmadığını və onun nəticələrinin proqnozlaşdırıla biləcəyini hesab edən mövqeyi olub.
Bundan əvvəl UEFA 2028-ci ildən etibarən turnirin final hissəsinin formatını dəyişdirərək iştirakçıların sayını 32 komandaya çatdırmağı nəzərdə tuturdu. Xatırladaq ki, 2016-cı ildə Avropa çempionatında komandaların sayı artıq 16-dan 24-ə yüksəlib.
Noyabrda UEFA İcraiyyə Komitəsində bununla bağlı rəsmi qərar veriləcək.
Son xəbərlər
19:49
Video
"Haber Global"ın Beyrutdan canlı yayımı zamanı şəhər bombalanıb
Digər ölkələr19:45
Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr19:43
İsrail "Hizbullah"ın raket buraxılış qurğularını məhv edib
Digər ölkələr19:41
"Barselona"ya "Kamp Nou"nun tutumunu artırmaq üçün icazə verilib
Futbol19:36
"British Airways" Yaxın Şərq ölkələrinə reysləri azaldır
Digər ölkələr19:24
Azərbaycan və Suriya prezidentləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Xarici siyasət19:14
Kobaxidze ATƏT PA-nın prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Region19:07
Foto
Üç saat ərzində daha 5 nəfər İrandan Azərbaycana təxliyə olunub
Xarici siyasət18:58