UEFA avrokubokları dayandırdı - RƏSMİ
- 13 mart, 2020
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) oyunlarını dayandırıb.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.
Buraya martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.
Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.
Bundan başqa, martın 20-nə planlaşdırılan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.