UEFA AFFA-ya yeni tövsiyələr verib

UEFA AFFA-ya yeni tövsiyələr verib UEFA-nın quruma üzv 55 milli assosiasiyanın baş katibləri ilə bugünkü iclasındaoyunçuların, xüsusilə də xarici klublarda çıxış edən milli üzvlərinin ölkələrinə qayıtdıqları zaman karantinə alınması məsələsi də müzakirə olunub.
Futbol
19 Avqust , 2020 19:16
UEFA AFFA-ya yeni tövsiyələr verib

UEFA-nın quruma üzv 55 milli assosiasiyanın baş katibləri ilə bugünkü iclasında oyunçuların, xüsusilə də xarici klublarda çıxış edən milli üzvlərinin ölkələrinə qayıtdıqları zaman karantinə alınması məsələsi də müzakirə olunub.

"Report" xəbər verir ki, federasiyalara hökumətdən oyunçuları və komanda üzvlərini bu prosedurdan azad etmələrini istəmələri tövsiyə olunub.

Bununla belə, federasiyalar həmin futbolçuların mütəmadi olaraq koronavirus testindən keçirilməsini və bu istisnaların cəmiyyət üçün heç bir risk yaratmamasını təmin etməlidir. Bundan əlavə, istisnalar olmayacağı təqdirdə matçların keçirilməsinin vacibliyi vurğulanıb.

Mövcud daxili şərtlər oyunun təşkilatçılığına təhlükə yaradacağı təqdirdə, milli assosiasiyalar görüşün neytral meydanda oynanılmasını tələb edə bilərlər.

Qeyd edək ki, bu gün müzakirə olunan məsələlərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Son xəbərlər

Orphus sistemi