UEFA Abbas Hüseynovun qolunu fərqləndirib
Futbol
- 25 oktyabr, 2021
- 08:31
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda vurulan 4 qolu və həmin matçlarda qeydə alınan statistik göstəriciləri yayımlayıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.
Həmin videoxəbərə məhz 26 yaşlı müdafiəçinin fotosu qoyulub.
UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb. O, qarşılaşmadan iki gün öncə dünyasını dəyişmiş nənəsinə görə göz yaşlarını saxlaya bilməyib.
Son xəbərlər
10:18
"Neftçi" Dünya Qadın Seriyasında Uqanda ilə qarşılaşacaq
Komanda10:12
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı iyunda 4,5 dəfə azalıb
İKT10:07
Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb
Digər ölkələr10:03
Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso: "Müdafiədəki oyunumuz məni razı saldı"
Futbol10:02
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Hərbi10:00
Foto
Gürcüstanda tarı yaşadan yeganə gənc: Tarın səsi heç vaxt susmamalıdır
Mədəniyyət siyasəti09:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.07.2026)
Maliyyə09:32
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Son ötürmələrdə keyfiyyət çatışmadı"
Futbol09:21