Türkiyəli futbolçu: "Xalqımızdan üzr istəyirik"

Türkiyəli futbolçu: "Xalqımızdan üzr istəyirik" "Bu gün istədiyimiz kimi olmadı. Bütün xalqımızdan üzr istəyirik".
Futbol
720
16 İyun , 2021 22:30
Türkiyəli futbolçu: Xalqımızdan üzr istəyirik

"Bu gün istədiyimiz kimi olmadı. Bütün xalqımızdan üzr istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Umut Meraş Avropa çempionatının A qrupunun II turunda Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

26 yaşlı yarımmüdafiəçi qələbə qazanmağı çox istədiklərini söyləyib: "Təəssüf ki, alınmadı. Danışılacaq bir şey də yoxdur. Son matça da qazanmaq üçün çıxacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Komandanın digər üzvü Mert Müldür üzgün olduqlarını vurğulayıb: "Bu görüşdə qalib gəlməli olduğumuzu bilirdik. Kədərli bir hadisədir. Amma artıq edəcəyimiz nəsə yoxdur. 3-cü yeri tutaraq qrupdan çıxa bilərikmi? Bilmirəm. Üçüncü qarşılaşmada əlimizdən gələni göstərməliyik".

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də BOS-da 1/4 final mərhələsinin bir oyunu da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi