Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u məğlub edib

Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u məğlub edib Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.
Futbol
19 Oktyabr , 2024 22:21
Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u məğlub edib

Türkiyə Superliqasının IX turunda “Antalyaspor” doğma meydanda “Qalatasaray”a məğlub olub.

“Report” xəbər verir ki, matçı baş hakim Ali Sansalan idarə edib.

10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar” üstün olub. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 3:0.

“Qalatasaray” 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cim-Bom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.

“Antalyaspor” isə eyni sayda oyuna cəmi 8 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi