Türkiyə millisi Bakını minnətdarlıqla tərk etdi

Türkiyə millisi Bakını minnətdarlıqla tərk etdi Avropa çempionatının A qrupunun iki oyunu üçün Bakıda olan Türkiyə yığması Azərbaycanı tərk edib.
Futbol
21 İyun , 2021 13:38
Türkiyə millisi Bakını minnətdarlıqla tərk etdi

Avropa çempionatının A qrupunun iki oyunu üçün Bakıda olan Türkiyə yığması Azərbaycanı tərk edir.

"Report"un məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu yığma məskunlaşdığı "Fairmont" hoteldən ayrılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüb.

Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytı vasitəsilə Azərbaycana təşəkkür edib: "Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 ərzində Bakıda keçirdiyimiz iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Milli komandaya, TFF-yə və türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qəbul edən Azərbaycan "Tək millət, iki dövlət" olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə birlikdə Uelsə qarşı matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyevə, AFFA prezidenti Rövnəq Abdullayevə, ölkədəki qurumlara təşəkkür edirik. Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Türkiyə seçməsi AVRO-2020-ni xalsız bitirib. Komanda Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi