Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
Futbol
- 05 avqust, 2020
- 08:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2019/2020 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.
"Report" "kibrisgazetesi.com" nəşrinə istinadən xəbər verir ki, qanalı futbolçu yerli "Girne Halk Evi" klubunun maraq dairəsinə düşüb.
38 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə sözügedən ölkəyə yollanaraq Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlar aparacağı bildirilib.
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martında "Səbail"ə transfer olunmuşdu. O, daha əvvəl "Lion" (Fransa), "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) klublarının formasını geyinib.
Son xəbərlər
12:04
"Xankəndi" futbol komandasının doğma şəhərinə köçürülməsi planlaşdırılır
Futbol
12:02
Hesablama Palatası "yaşıl büdcə" mexanizminin tətbiqini tövsiyə edib
Maliyyə
11:59
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11 % artıb
Biznes
11:58
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Maliyyə
11:57
Naxçıvanda vergi daxilolmaları 11 % artıb
Maliyyə
11:55
Nazir müavini: "Qeyri-neft-qaz sektorunun artımı müəyyən edilmiş hədəfi üstələyir"
Maliyyə
11:52
Foto
Azərbaycan Bolqarıstanla qaz sahəsində əməkdaşlığı müzakirə edib
Energetika
11:52
Milli Məclisdə əhalinin məşğulluğu ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir
Maliyyə
11:50
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Hadisə