"Turan Tovuz" son 4 mövsümdə 3-cü dəfə Azərbaycan Kubokundan imtina edib

"Turan Tovuz" son 4 mövsümdə 3-cü dəfə Azərbaycan Kubokundan imtina edib I Divizionda mübarizə aparan "Turan Tovuz" futbol klubu Azərbaycan Kubokunun 2021/2022 mövsümündə iştirakdan imtina edib.
Futbol
212
12 Oktyabr , 2021 17:25
Turan Tovuz son 4 mövsümdə 3-cü dəfə Azərbaycan Kubokundan imtina edib

I Divizionda mübarizə aparan "Turan Tovuz" futbol klubu Azərbaycan Kubokunun 2021/2022 mövsümündə iştirakdan imtina edib.

Bu barədə "Report"a Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Oqtay Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, bu, komandanın gənclərdən qurulması ilə əlaqdardır: "Premyer Liqa və Divizion klubları arasında səviyyə fərqi çox böyükdür. Əsas heyətdə "Turan Tovuz" Futbol Akademiyasının 5 yetirməsi çıxış edir. Onları güclü rəqibə qarşı buraxaraq, "sındırmaq" istəmədik".

Abdullayev qərarın uzaq yol problemi ilə bağlı olmadığını söyləyib: "Onsuz da ilk oyunu evdə keçirəcəkdik. Sadəcə, səviyyə fərqini nəzərə alaraq, oynamamaq qərarına gəldik".

Qeyd edək ki, bu mövsüm Azərbaycan Kubokunda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK qüvvəsini sınayacaq. "Turan Tovuz" daha əvvəl 2018/2019 və 2019/2020 mövsümlərində də ölkə kubokunda çıxış etməyib.

Son xəbərlər

Orphus sistemi