"Trabzonspor" Türkiyə çempionu olub

"Trabzonspor" Türkiyə çempionu olub Futbol üzrə Türkiyə Super Liqasında 35-ci turun oyunları başa çatıb.
Futbol
30 Aprel , 2022 23:36
Trabzonspor Türkiyə çempionu olub

Türkiyə Super Liqasında 2021/2022 mövsümünün çempionu sona 3 tur qalmış müəyyənləşib.

"Report"un məlumatına görə, XXXV turda evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" sona 3 tur qalmış qızıl medalları təmin edib.

Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Andreas Kornelius açıb. 51-ci dəqiqədə Alassan Ndao bərabərlik qolunu vurub. 56-cı dəqiqədə Fredi Ribeyro "Alanyaspor"un qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində 62-ci dəqiqədə Dorukhan Toköz "Trabzonspor"u yenidən önə keçirib. 80-ci dəqiqədə isə qonaq komandadan Haci Rayt yekun nəticəni müəyyənləşdirib.   

Bununla da xallarını 77-yə çatdıran "Trabzonspor" ən yaxın izləyicisi "Fənərbağça"nı 9 xal geridə qoyaraq, tarixində 7-ci dəfə ölkə çempionu olub. "Zoğalı-mavilər" sonuncu dəfə 1983/1984 mövsümündə belə bir nailiyyətə imza atmışdılar.

Son xəbərlər

Orphus sistemi