"Tottenhem" səfərdə "Mançester Yunayted"i darmadağın edib

"Tottenhem" səfərdə "Mançester Yunayted"i darmadağın edib Bakı. 28 avqust. REPORT.AZ/ Mançester Yunayted futbol üzrə İngiltərə Premyer Liqasının III turunda Tottenhemə məğlub olub.
Futbol
28 Avqust , 2018 01:03
Tottenhem səfərdə Mançester Yunaytedi darmadağın edib

Bakı. 28 avqust. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Premyer Liqasının III turunda "Tottenhem"ə məğlub olub.

“Report” xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolların hamısı II hissədə vurulub. İlk olaraq 50-ci dəqiqədə Harri Keyn fərqlənib. İki dəqiqədən sonra xavbek Lukas Moura fərqi artırıb. Matçın 85-ci dəqiqəsində isə Moura dublunu rəsmiləşdirib.

Ardıcıl olaraq ikinci oyunda məğlub olan "Mançester Yunayted" turnir cədvəlinin 13-cü pilləsinə enib. "Tottenhem" 9 xalla ikinci yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqası. III tur

"Mançester Yunayted" – "Tottenhem Hotspur" - 0:3

Qollar: 0:1 – Keyn – 50, 0:2 – Lukas Moura – 52, 0:3 – Lukas Moura – 84

Son xəbərlər

Orphus sistemi