"Tottenhem" öz meydanında "Mançester Siti"yə məğlub olub

"Tottenhem" öz meydanında "Mançester Siti"yə məğlub olub Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunda Tottenhem Hotspur Mançester Sitini qəbul edib.
Futbol
30 Oktyabr , 2018 05:21
Tottenhem öz meydanında Mançester Sitiyə məğlub olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem Hotspur" "Mançester Siti"ni qəbul edib.

“Report” xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda yeganə qolun müəllifi 6-cı dəqiqədə hücumçu Riyad Marez olub. Beləliklə Hosep Qvardiolanın yetirmələri "Tottenhem"in İngiltərə çempionatında davam edən 4 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb.

"Tottenhem" hazırda aktivində 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, "Mançester Siti" isə 26 xalla 1-ci pilləyə yüksəlib.

İngiltərə Premyer Liqası, 10-cu tur

"Tottenhem Hotspur" – "Mançester Siti" - 0:1

Qol: 0:1 – Marez – 6

Bundan əvvəl "Real Madrid" klubu baş məşqçisini istefaya göndərib.

Son xəbərlər

Orphus sistemi