İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, buna uruqvaylı futbolçunun cənubi koreyalı komanda yoldaşı Son Hın Minlə irqçi zarafat etməsi səbəb olub.
O, Son Hın Mindən üzr istəsə də, İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə R.Bentankura iş açıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm 15 oyuna çıxıb və 1 qol vurub.