Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər

Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər Almaniya təmsilçisi "Bavariya"dan ayrılacağı dəqiqləşən Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Futbol
16 aprel 2025 22:20
Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər

Almaniya təmsilçisi "Bavariya"dan ayrılacağı dəqiqləşən Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun xidmətində "Fiorentina" kollektivi maraqlıdır.

"Bənövşəyilər"in rəhbərliyi klubun idman direktorundan Müller barədə müəyyən məlumatları əldə etməsini istəyib. Bununla belə, 36 yaşlı oyunçu ilə rəsmi danışıqlara başlanılmayıb.

Qeyd edək ki, 2008-ci ildən "Bavariya"da çıxış edən Müller bu müddətdə 745 oyun keçirib və 248 qol vurub.

Son xəbərlər

Orphus sistemi