Tokio-2020: CAR millisinin futbolçuları koronavirusa yoluxdu

Tokio-2020: CAR millisinin futbolçuları koronavirusa yoluxdu CAR-ın olimpiya yığmasının iki futbolçusunda koronavirus testi müsbət nəticə verib.
Futbol
18 İyul , 2021 16:28
Tokio-2020: CAR millisinin futbolçuları koronavirusa yoluxdu

CAR-ın olimpiya yığmasının iki futbolçusunda koronavirus testi müsbət nəticə verib.

"Report"un məlumatına görə, CAR Futbol Assosiasiyası komandanın video-təhlilçisində də yoluxma aşkarlayıb. Hazırda bütün kollektiv karantindədir. Onlar məşqlərə başlamaq üçün bu gün verdikləri təkrar testin nəticələrini gözləyirlər.

Qeyd edək ki, CAR millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında Yaponiya, Meksika və Fransa ilə birgə A qrupunda yer alacaq. Futbol turniri 22 iyul - 7 avqustda təşkil olunacaq. Olimpiadaya isə avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi