"The Best": Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub

"The Best": Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.
Futbol
17 Yanvar , 2022 22:21
The Best: Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

"Report"un məlumatına görə, kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərə "Çelsi"sindən Eduar Mendi layiq görülüb. O, Fransa PSJ-sindən italiyalı Canluici Donnarumma və Almaniya "Bavariya"sından Manuel Noyeri qabaqlayıb.

Qadınlardan isə Fransa "Lion"unun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.

Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler isə FIFA-nın xüsusi mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi