Tanınmış mütəxəssis Misir millisinin baş məşqçisi təyin olunub

Tanınmış mütəxəssis Misir millisinin baş məşqçisi təyin olunub Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
8 Sentyabr , 2021 20:08
Tanınmış mütəxəssis Misir millisinin baş məşqçisi təyin olunub
Karluş Keyruş

Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın sükanı arxasına Karluş Keyruş təyin olunub.

Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam El-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb - 5 qələbə, 4 heç-heçə. Yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Karluş Keyruş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq", İspaniyada "Real Madrid" kimi komandalara başçılıq edib.

Son xəbərlər

Orphus sistemi