Tanınmış məşqçi "Lester"ə rəhbərlik edəcək
Futbol
- 26 fevral, 2019
- 11:57
Bakı. 26 fevral. REPORT.AZ/ Şotlandiyanın “Seltik” komandasının baş məşqçisi Brendan Rocers İngiltərə təmsilçisi “Lester”ə rəhbərlik edəcək.
“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Şimali İrlandiyadan olan 46 yaşlı mütəxəssisin təyinatı bu gün Premyer Liqanın XXVIII turu çərçivəsində “Brayton”la ev oyununa qədər açıqlanacaq. Rocers bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Klod Püeli əvəzləyəcək.
“Lester”in yeni baş məşqçi üçün “Seltik”ə 6,9 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Qeyd edək ki, “Lester” 32 xalla 12-ci pillədə qərarlaşıb. Brendan Rocers daha əvvəl İngiltərənin “Uotford”, “Redinq”, “Suonsi” və “Liverpul” komandalarına rəhbərlik edib. O, 2016-cı ildən “Seltik”də çalışır.
Son xəbərlər
23:45
İsrail HHQ Tehrana hücum edib
Region23:44
Foto
Azərbaycanın ev sahibliyi ilə BMT-də qadınların hüquqlarına dair tədbir keçirilib
Xarici siyasət23:22
Anaklaudiya Rossbax WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda olub
İnfrastruktur23:07
SEPAH "Gerçək vəd - 4" əməliyyatının növbəti dalğasını başladıb
Region22:59
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Digər ölkələr22:53
Premyer Liqa: XXI turdan təxirə salınan "Neftçi" - "Qarabağ" matçı aprelin 30-da keçiriləcək
Futbol22:41
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
Digər ölkələr22:26
Premyer Liqa: "Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub edib
Futbol22:25