Tanınmış futbolçuya fəxri doktor adı verildi
Futbol
- 15 iyul, 2020
- 10:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar və uşaqların yoxsulluğuna qarşı mübarizə aparması ilə əlaqədar bu ada layiq görüləcək.
Reşford ailəsi ilə birlikdə buna görə qürur hissi keçirdiyini bildirib. O deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir.
Qeyd edək ki, Markus Reşford 2015/2016 mövsümündə "Mançester Yunayted"in əsas komandasında debüt edib. O, klubun heyətində 208 matça çıxıb və 66 qol vurub.
Son xəbərlər
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət