"Sumqayıt" "Zirə"ni udub keçdi

"Sumqayıt" "Zirə"ni udub keçdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Futbol
8 Fevral , 2020 19:29
Sumqayıt Zirəni udub keçdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə "Sumqayıt"ın gənc yarımmüdafiəçisi Elvin Cəfərquliyev açıb. 35-ci dəqiqədə Ağabala Ramazanov bərabərlik qolunu vurub. Bundan 2 dəqiqə sonra qonaq komandadan İlkin Muradov kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Yerli komanda say üstünlüyündən ikinci hissədə yararlanıb. 66-cı dəqiqədə Xəyal Nəcəfov yenidən "Sumqayıt"ın önə çıxarıb. Bu qoldan 2 dəqiqə sonra Ağabala Ramazanov bilərəkdən kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Beləliklə, "Zirə" oyunu 9 oyunçu və məğlubiyyətlə başa vurub.

Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Sumqayıt" 20 xala malik "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, tura saat 20:00-da başlanacaq "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Sabah" evə "Qəbələ"ni 3:2, "Səbail" səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi