"Sumqayıt" Qətər və Türkiyə komandaları ilə qarşılaşacaq
Futbol
- 17 iyul, 2018
- 08:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” futbol komandasının yoxlama oyunlarındakı rəqiblərindən ikisi müəyyənləşib.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nazim Süleymanovun baş məşqçi olduğu kollektiv ilk matçını iyulun 19-da Qətərin ”Əl Şahaniya” klubuna qarşı keçirəcək. Kızılcahamamda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Digər görüş isə ayın 22-də Topuk yaylasında Superliqada təmsilçisi “Alanyaspor”a qarşı olacaq.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Əl Şahaniya” iyulun 15-də “Səbail”lə yoxlama matçında heç-heçə edib - 2:2.
Son xəbərlər
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi