"Sumqayıt" klubunun iki rəqibi müəyyənləşib

"Sumqayıt" klubunun iki rəqibi müəyyənləşib “Sumqayıt” klubunun Ankarada təlim-məşq toplanışında keçirəcək 2 yoxlama oyunundakı rəqibləri müəyyənləşib.
Futbol
3 İyul , 2024 13:48
Sumqayıt klubunun iki rəqibi müəyyənləşib

“Sumqayıt” klubunun Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi