"Sumqayıt" "Keşlə"yə məğlubiyyətdən qurtuldu

"Sumqayıt" "Keşlə"yə məğlubiyyətdən qurtuldu Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib
Futbol
13 Mart , 2021 21:14
Sumqayıt Keşləyə məğlubiyyətdən qurtuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Keşlə" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaq komandadan hər iki qolu Azər Salahlı 4-cü və 74-cü dəqiqələrdə vurub. Lakin Cəmaləddin Xocaniyazov 48-ci, Rəhim Sadıxov isə 79-cu dəqiqədə meydan sahiblərinin bərabərlik qollarını vurub.

Bu nəticədən sonra xalını 26-ya yüksəldən "Sumqayıt" 4-cü, 17-ci xalını qazanan "Keşlə" isə 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" evdə "Sabah"ı yenib - 2:0. Tura martın 14-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi